Maqazin 12:02 28.03.2018

Müğənnilərimiz Rusiyaya toya neçəyə gedir? (QİYMƏTLƏR)

Şou-biznes nümayəndələri tez-tez Rusiyada baş tutan toy məclislərinə dəvət alırlar.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, onların həmin dəvətlərdən nə qədər qonorar alması hər kəsə maraqlıdır. 

Müğənnilər Sevil və Sevinc Səfərovalar "O başdannan” verilişində sənətçilərin sirrini açıb. Əkizlər Rusya toylarında aldıqları qonorarı açıqlayıblar:

"Rusiyada toya 6 min dollara (10200 manat) gedirik. Qalmaq və bilet pulunu da qarşı tərəf ödəyir. Ən ucuz toya gedən bizik. Digər müğənnilər 10 min dollara (17 000 manat) gedirlər”.

Qeyd edək ki, Rusiya toylarına tez-tez Könül Kərimova, Namiq Qaraçuxurlu, Samir Piriyev, Elton Hüseynəliyev, aşıq Əli Tapdıqoğlu, Samirə Əliyeva, Ədalət Şükürov, Xatirə İslam, Hüseyn Məhəmmədoğlu dəvət alırlar.