Video 12:12 09.12.2021

Müğənnilərin cavanlıq fotoları: ən çox hansı tənqid olundu? (FOTO/VİDEO)

Sosial şəbəkələrdə sənət adamlarının cavanlıq fotolarından ibarət videogörüntü paylaşılıb.

Qaynarinfo xəbər verir ki, orada Xalq artistləri Məleykə Əsədova, Ağadadaş Ağayev, Faiq Ağayev, Roya, Nazpəri Dostəliyeva, müğənnilərdən Rəksanə, Mətanət Əsədova, Könül Kərimova və başqalarının fotoları yer alıb. Sözügedən fotolar izləyicilərin müzakirəsinə səbəb olub. İzləyicilər sənətçilərin illər sonra plastik əməliyyatla dəyişildiyini bildiriblər: 

"Plastik cərrahların hesabına beyinlərinizin cavanlığından əsər-əlamət qalmayıb”.

Sənətçilərin cavanlıq fotolarınün müzakirəsi zamanı ən çox tənqid olunan Xalq artisti Məleykə Əsədovanın fotosu olub. 

Hətta onun saclarını qarğa yuvasına bənzədiblər:

"Məleykə Əsədovanın başı qarğa yuvasına oxşayır. İndi adamı bəyənmir, qanın qaradırsa, Məleykəyə bax, keyfin açılsın”.

Bahar