Foto 21:35 01.02.2019

Müğənninin həyat yoldaşı qəza törətdi: avtomobilin nömrəsini çıxarıb apardılar... (FOTOLAR)

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo-nun unikal.org-a istinadən məlumatına görə, paytaxtın Heydər Əliyev prospektində  üzü "Koroğlu" metrosu istiqamətində 90 OZ 919 dövlət nömrə nişanlı "Hyundai İX 35" markalı nəqliyyat vasitəsi qarşısındakı sərnişin avtobusunu ötmək istəyərkən qəza törədib. Belə ki, sükan arxasında olan sürücü idarəetməni itirərək səkiyə   çıxıb və orada  olan işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobilin qabaq hissəsinə ziyan dəyib.

Əldə  etdiyimiz məlumata görə, sözügedən avtomobil müğənni Elnar Xəlilovun həyat yoldaşına məxsusdur. Maraqlısı odur ki, qəza yerinə  yaxınlaşan 90 LN 612 dövlət nömrə nişanlı "Mitsibuşi" markalı avtomobildən düşən şəxslər avtomobilin üzərində olan dövlət nömrə nişanın çıxarıblar.

Sonra  isə avtomobil evakuator vasitəsilə hadisə yerindən  aparılıb.