Dünya 12:21 10.11.2017

"Müharibə Suriyadan Livana daşınır"

İsrailin "Haaretz" qəzetinin yayımladığı məqalədə Suriyada davam edən müharibənin Livana köçürülməsi iddiası irəli sürülüb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, məqalədə ərəb dünyasında İrana qarşı yeni cəbhənin yaradıldığı və Suriyada istəklərinə nail ola bilməyən Səudiyyənin müharibəni Livana köçürdüyü qeyd olunub.

Qeyd edək ki, ötən həftə Yəmən Səudiyyənin paytaxtı Riyada ballistik raket hücumu həyata keçirdi, bu hadisədən dərhal sonra isə ölkədə çox sayda şahzadə, nazir, sabiq nazir və biznesmen həbs edildi. Daha sonra Livanın baş naziri Riyadda istefa verdi və Bəhreyn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt vətəndaşlarını Livanı tərk etməyə və bu ölkəyə səfər etməməyə çağırdı. Digər tərəfdən isə Səudiyyə Ərəbistanının İran əleyhinə səsləndirdiyi fikirlər və proseslərdə bu ölkəni günahkar tutması bölgədəki vəziyyəti daha da gərginləşdirən amillərdən hesab olunur.

Gülşən
Qaynarinfo.Az