Dünya 23:10 14.05.2019

Murat Bozdan Əkrəm İmamoğluna 100 minlik dəstək

Türkiyənin məşhur müğənnisi Murat Boz iyunun 23-də İstanbulda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək CHP partiyasının namizədi Əkrəm İmamoğlunun seçki kampaniyası üçün maddi yardım edib.

"Qafqazinfo” "Tarafsız Haber” agentliyinə istinadən xəbər verir ki, sənətçi CHP üçün öz adından 54 min 566, anasının adından isə 45 min 434 türk lirəsi ayırıb.

CHP-nin ayrı-ayrı şəxslərdən maddi yardım almasının səbəbi isə partiyaların seçki kampaniyasının dövlət xəzinəsindən maliyyələşməməsi ilə bağlıdır.