Fevral ayının 10-na kimi yoluxma sayında kəskin artım müşahidə oluna bilər.
Bunu Qaynarinfo-ya açıqlamasımda həkim-infeksionist Namiq Nəbiyev son günlər koronavirus infeksiyasına yeni yoluxma faktında qeydə alınan artımdan danışarkən deyib.
İnfeksionist yanvar-fevral aylarında koronavirus infeksiyasına yoluxanların sayında artım olmasının gözlənilən olduğunu deyib:
"Bu bizim üçün yeni bir şey deyil, biz dəfələrlə çıxışlarımızda bildirmişdik ki, yoluxanların sayında artımın olması ehtimalı var. Havaların birdən-birə kəskim soyuması yoluxma ehtimalının artmasına səbəb ola bilər. Müşahidələr göstərir ki, artma halları hardasa 20-25 gün davam edir və ondan sonra tədricən enməyə doğru gedir”.
Namiq Nəbiyev hazırda peyvədləşmə ilə bağlı prosesin davam etdiyini vurğulayıb:
"Peyvənd vurduranların sayı çoxdur”.
Bahar Rüstəmli
Şərhlər