Siyasət 17:18 23.07.2013

Müsavat Partiyasında yeni təyinatlar

Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın Mərkəzi İcra Aparatının şöbələrinə yeni təyinatlar barədə sərəncamlar imzalayıb.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, Müsavat başqanının sərəncamı ilə Razim Əmiraslanlı Təşkilat şöbəsinin, Elman Fəttah İctimai və siyasi təşkilatlarla iş şöbəsinin, Yusif Tağı Xaricdə yaşayan müsavatçılarla iş şöbəsinin, Kərimxan Zeynalov Maliyyə şöbəsinin, Nemət Kərimli isə Hüquq şöbəsinin müdiri təyin edilib.

Qaynar.info