Siyasət 18:00 14.06.2013

Müsavatdan Vahid Ələkbərovun mövqeyinə REAKSİYA

“Azərbaycana gəlib seçki kampaniyasında iştirak edə bilməz”

“Vahid Ələkbərov xarici ölkə vətəndaşıdır. Onun seçki vaxtı gəlib İlham Əliyevə dəstək verməsi qanuna ziddir”.

Bunu Qaynar.info-ya Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Vahid Ələkbərovun İlham Əliyevi dəstəkləməsi ilə bağlı dediklərinə münasibət bildirərkən deyib. O bildirib ki, Vahid Ələkbərov yaşadığı ölkədən dəstəkləyirsə, dəstəkləsin. Amma Azərbaycana gəlib seçki kampaniyasında iştirak edə bilməz.

G.Aslanlı əlavə edib ki, onun kimisə dəstəkləməsi önəmli deyil: “Guya Milyarderlər İttifaqı demokratiyaya dəstək verirdi? Bizim belə arzumuz olmayıb. Ona görə də həmin ittifaqda olan adamların kimi dəstəkləməsi bizim üçün o qədər də önəmli deyil”.

Qeyd edək ki, Rusiyada yaşayan məşhur azərbaycanlı iş adamı, “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərov verdiyi müsahibədə bildirib ki, o, prezident İlham Əliyevi dəstəkləyir: “Mən də onun növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsinin tərəfdarıyam və bu yöndə olan təşəbbüslərin hamısını dəstəkləyirəm. Bu yaxınlarda mütləq Bakıya gedib, bütün azərbaycanlıların prezidenti İlham Əliyevə dəstək verdiyimi orda da bildirəcəyəm”.

Qaynar.info