Dünya 14:58 16.12.2018

Müsəlman qadın Belçikanın tarixinə düşdü

Belçikada müsəlman qadın Gent şəhərinin bələdiyyə sədrinin köməkçisi seçilib.

Qaynarinfo xəbər verir ki, mərakeşdən olan Həfza Əl Bazioui 6 il ərzində bu vəzifəni icra edəcək. 31 yaşlı qadın 14 oktyabrda keçirilən səsvermədə 3981 səs yığıb.  

Bölgədə çox tanınmayan başıbağlı namizədin seçkilərdə qələbə qazanması Belçika mətbuatında səs-küyə səbəb olub. 

Gülşən