Ölkə 17:03 05.02.2014

Müşfiqabadda aksiya: sakinlər yolu bağladılar - YENİLƏNİB+FOTO

Qaradağ rayonu Müşfiqabad qəsəbəsinin sakinləri aksiya keçirirlər. 

Bu barədə Qaynar.info-ya aksiya iştirakçıları məlumat verib. 

Məlumatda bildirilir ki, hazırda Müşfiqabad qəsəbəsinin sakinləri Bakı-Şamaxı yolunu bağlayıblar. Səbəb qəsəbəyə qaz və istilik sisteminin verilməməsidir. 

***

Müşfiqabad qəsəbə nümayəndəsi Coşqun Bayramov Qaynar.info-ya hazırda aksiya baş verən ərazidə olduğunu və problemin yoluna qoyulduğunu dedi: "Hazırda problem həll olunub. Heç bir problem yoxdur". 

Qaynar.info