Ölkə 17:01 15.10.2017

Müşviq Mədətov və Vəli Vəliyev saxlanıldı

Hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı Müşviq Mədətovu və onun dostu Vəli Vəliyevi məsələ aydınlaşdırılana qədər saxlayıblar.

"Qaynarinfo" xəbər verir ki, bu barədə virtualaz.org-a məlumatlı mənbələrdən bildiriblər.

Məlumata görə, Müşviq Mədətovla ona hücum edən insanlar arasında münaqişə olub və onlar beş ay ərzində onunla hesab çəkmək üçün əlverişli fürsət axtarıblar.

Hazırda polis hadisənin araşdırır. Məsələ araşdırılana qədər Müşviq Mədətovun və onun dostu Vəli Vəliyevin saxlanılması barədə qərar qəbul edilib.

Qaynarinfo.Az