Sağlamlıq 09:05 11.10.2020

Mütəxəssislər səhər acqarına qəhvə içməyin zərərini sübut etdi

Britaniya Bata Universitetinin mütəxəssisləri səhər qəhvə içmək vərdişinin zərərlərini üzə çıxarıblar.


Qaynarinfo Focus.de jurnalına istinadən xəbər verir ki, alimlər insulin səviyyəsi ilə acqarına qəhvə içmək arasındakı əlaqəni təyin etmək üçün 29 könüllünün analizlərini test ediblər. Nəticədə acqarına bir fincan qəhvənin metabolik xəstəliklərə yol aça biləcəyi ortaya çıxıb.


Tədqiqat iştirakçılarına səhər yuxudan oyanandan sonra tam kalorili səhər yeməyi ilə şəkərli qəhvə verilib. Bundan sonra onları hər saatdan bir, bir neçə dəqiqəlik oyadaraq qara qəhvə, sonra şirin bir içki təqdim ediblər.


Nəticədə zəif yuxu və qəhvə istehlakının qanda şəkərin miqdarına təsir etdiyi, onu 50 faiz artırdığı təsbit edilib. Mütəxəssislərin fikrincə, bunun səbəbi bədənin qlükozanı oyandıqda dərhal metabolizə edə bilməməsidir.

 

Alimlər səhiyyə risklərini minimuma endirmək üçün qəhvəni səhər yeməyi ilə birgə və ya ondan sonra içməyi məsləhət görüblər.

 

Alpər