Sağlamlıq 17:25 24.08.2018

Mütəxəssislərdən kokos yağı barədə xəbərdarlıq

Pəhrizlərdə geniş istifadə edilən, sağlam qidalanan şəxslərin üstünlük verdiyi və son dövrlərdə qida trendinə çevrilən kokos yağı barədə xəbərdarlıq edilib.

Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, Harvard Universitetindən olan mütəxəssislər kokos yağının 80%-inin doymuş yağdan ibarət olduğunu bildirərək bu tip qidanın hər gün istifadəsinin yüksək xolesterol səviyyəsi, ürək-damar sistemi xəstəlikləri, iflicə səbəb olma ehtimalını yüksəltdiyini deyib. Kokos yağının faydaları inkar edilmir, lakin bu qidanın hər gün istifadəsi məsləhət görülmür. Bu yağı zeytun, günəbaxan kimi bitki yağları ilə əvəzləmək lazımdır.

Gülşən