Sağlamlıq 18:27 18.12.2019

Mütəxəssislərdən “yeyib-içməyi” sevənlərə paxmellə bağlı əvəzsiz məsləhət

Həkim-dietoloq Yelena Solomatina "Veçernaya Moskva"ya verdiyi müsahibədə bayram məclislərindən sonra paxmel probleminin öhdəsindən gəlməyin yollarını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, mütəxəssisin fikrincə, sitrus meyvələri və kələm turşusu tərkibində çoxlu C vitamini, süd və süksin turşusu olduğu üçün paxmeldən qurtlumağa yaxşı kömək edir.

Mineral suyla hazırlanmış yaşıl çaya bir dilim limon atmaq da bu işin öhdəsindən gələ bilər. Bundan əlavə, həkim əmici maddələri unutmamağı da tövsiyə edir.
Dietoloq xatıladıb ki, spirtli içkiləri qarışdırmaq qətiyyən olmaz, bir içkiylə kifayətlənmək ən doğru yoldur.

"Quru qırmızı şərab Yeni il də daxil olmaqla istənilən ziyafət üçün ən ideal içkidir. O, təkcə əksər yeməklərin dadını hiss etdirmir, eləcə də tərkibində alkoqolun orqanizmə mənfi təsirini minimuma endirəcək bir çox antioksidan olmasıyla da xeyirlidir”, - Solomatina deyib.

Kp.ru-ya verdiyi müsahibədə psixoloq-narkoloq Qalina Fayzulina qeyd edib ki, paxmel sindromu tibbi baxımdan o deməkdir ki, orqanizm alkoqol parçalanması məhsulları ilə zəhərlənib, özünü piss hiss etmək isə onu göstərir ki, həmin məhsullar hələ də orqanizmdə qalır və onları kənarlaşdırmaq lazımdır.

Bu prosesdə birinci mərhələ detoksifikasiya, yəni mədənin yuyulması, sorbentlərin qəbulu  (aktivləşdirilmiş və ya ağ kömür), ikinci mərhələ bədəndəki mayenin normal paylanmasını (hamam, əgər insanda yüksək təzyiq yoxdursa, kontrast duş qəbul etmək) bərpa etməkdir. Aspirin də bədəni tez bir zamanda normal hala gətirə bilər. Lakin mütəxəssis parasetamoldan və adi sitramondan imtina etməyi məsləhət görür.

Dekabrın 17-də İngiltərənin Brayton Universitetinin alimi Hal Sosabovski deyib ki, ən yaxşısı xeresdən, viski və köpüklü şərablardan sərxoş olmaqdır. Onun fikrincə, ertəsi gün özünü daha pis hiss etmək istəyənlər buyurub, araq içə bilərlər.
 
Alpər