Foto 17:17 11.02.2019

Müxalif futbolçu azad edildi (FOTOLAR)

Taylandda həbsdə saxlanılan bəhreynli futbolçu Hakeem Əl Araibi azad edilib.

Qaynarinfo xəbər verir ki, 25 yaşlı Əl Araibi Bəhreyndə polis mərkəzinə hücum etmiş və 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Taylandda polis tərəfindən saxlanılan futbolçu Bəhreynin təhvil tələbi ləğv edildiyi üçün azadlığa buraxılıb. 
 
Qeyd edək ki, ölkəsində müxalif mövqeyi ilə bilinən Hakeem Əl Araibiyə 2014-cü ildə Avstraliya tərəfindən sığınacaq verilib. Futbolçunun çıxış etdiyi komanda Avstraliyanın "Pascoe Vale" klubudur.

Gülşən