Dünya 14:40 17.03.2018

Müxalif rus biznesmen İngiltərədə öldürüldü

Ötən günlərdə ölüm xəbəri yayılan rus müxalif biznesmen Nikolay Qluşkovun öldürüldüyü məlum olub.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 68 yaşlı Qluşkovun boğularaq öldürüldüyü açıqlanıb. Məsələ ilə bağlı cinayət işinə start verilib. Qluşkov Rusiya prezidenti Vladimir Putinə müxalif mövqeyi ilə bilinir və İngiltərədən sığınacaq alıb.

Qeyd edək ki, bundan qısa müddət əvvəl Putinə müxalif mövqeyi ilə bilinən sabiq rus agenti Sergey Skripalı İngiltərədə zəhərləyiblər.

Gülşən