Dünya 13:41 11.03.2013

Müxalifət rəhbəri prezidentlə görüşdən imtina etdi

Ermənistanın “İrs” Partiyasının lideri Raffi Ovannisyan Serj Sarkisyanla görüşdən imtina edib.

APA-nın verdiyi məlumata görə, Ermənistan prezidentinin mətbuat katibi Armen Arzumanyan bildirib ki, R. Ovannisyan S. Sarkisyanın rəsmi dəvətini rədd edib: “Prezident Aparatının rəhbəri Raffi Ovannisyana zəng edərək onu rəsmi şəkildə görüşə dəvət etdi, lakin təəssüf ki, Raffi Ovannisyan bu təklifi qəbul etmədiyini bildirdi. Biz ümid edirik ki, o, situasiyanı düzgün qiymətləndirir və dialoqa dəvəti rədd etməyin təhlükələrini anlayır”.  

Qeyd edək ki, R. Ovannisyan martın 10-da keçirilən mitinqdə bəyan edib ki, S. Sarkisyanla onun iqamətgahında görüşmək fikrində deyil: “O nəsə demək istəyirsə, qoy bu meydana gəlsin”.

Qaynar.info