Siyasət 12:47 20.05.2013

“Müxalifətçilərin ambisiyaları ağıllarından çoxdur”

“Milli Şura marağımda deyil”

“Müxalifətin Milli Şura ətrafında birləşməsi boş şeydi. Mənasız bir təşəbbüsdür. Ona görə də həmin danışıqlarda iştirak etmirəm”.

Bunu Qaynar.info-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) Araz Əlizadə deyib. Partiya sədri bildirib ki, müxalifətin indiki halda birləşməsi real görünmür: “ Ona görə də Milli Şura marağımda deyil. Azərbaycanda bloklaşma, birləşmə mədəniyyəti yoxdur. Bu, olmayacaq da. Çünki evdə bişməyib, qonşudan da gəlməyib. İkincisi, onlar hamısı eyni platformadadırlar, ona görə belə olur”.

A.Əlizadənin sözlərinə görə, müxalifət şəxsi ambisiyalarına görə birləşə bilmir: “Birləşə bilmirlərsə, bu onu göstərir ki, onlar yalnız şəxsi ambisiyalarına görə siyasətə gəliblər və qalıblar. Onların ambisiyaları ağıllarından çoxdu”.

İlkin
Qaynar.info