Dünya 10:26 03.06.2013

Müxaliflәr Əsədin üç qırıcı tәyyarәsi vurub

Suriyada qarşıdurmalar sәngimir. Bәşәr Əsədә sadiq qüvvәlәr tәrәfindәn son 24 saatda hәyata keçirilәn әmәliyyatlarda 97 nәfәr hәyatını itirib. Әmәliyyatların qurudan vә havadan davam etdiyi bildirilir.

Paytaxt Dәmeşqdә bir polis mәrkәzinin yaxınında bomba yerlәşdirilәn avtomobillə təşkil edilən hücumda 8 təhlükəsizlik işçisi hәlak olub, çox sayda insan yaralanıb.

Müxaliflər isә eyni gün әrzindә Dәməşq, Homs və Hələbdə 3 qırıcını vurublar.

Əsəd və Hizbullah qüvvәlәrinin Homsun Kuseyr qәsәbәsini hәdәfә götürәn hücumları isә davam edir. Ağır silahlarla hәyata keçirilәn hücumlarda çox sayda insan hәyatını itirib.

Mindən çox yaralının olduğu qәsәbә, Əsəd qüvvәlәri tәrәfindәn mühasirəyә salınıb.

Yaralıların digәr şəhərlərdəki xəstəxanalara aparıla bilmәdiyini deyәn Suriya Ümumi İnqilab Şurası, qәsәbәdә böyük faciә yaşandığını, xalqın 13 gündən bәri qida və su tәmin etmәkdә çətinlik çəkdiyini açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatı, Kuseyrdeki min 500 yaralıya "təcili yardım" çatdırılması haqda çağırışı edib.

Digәr tәrәfdәn Fransa xarici işlər naziri Loran Fabius Suriya Barış Konfransının İyul ayında keçirilә bilәcәyini açıqlayıb.

Qaynar.info