Ölkə 12:36 04.06.2018

Muxtar Babayev nazirlikdə yeni qurum yaratdı: rəhbəri məlum oldu

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni şöbə yaradılıb.

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, yeni nazir Muxtar Babayevin müvafiq əmrinə əsasən nazirlikdə yeni - Audit şöbəsi yaradlıb və Fərid İslamov şöbə müdiri təyin olunub.

Məlumatı saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, Fərid İslamov Muxtar Babayevin  köməkçisi olub.