Ölkə 08:43 20.10.2020

Muzdlulardan ibarət “Legion” dəstəsi Qarabağda döyüşdən imtina etdi

Ermənilərin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət "Legion” dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edib. 

Bu barədə Qaynarinfo-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat daxil olub. Məlum olub ki, ağır itkilərə məruz qalan bu dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi şəkildə fərarilik edir.