Siyasət 22:20 19.03.2018

Mövlud Çavuşoğlu yenidən Azərbaycana gəlir

Türkiyənın xarici işlər naziri Mövlud Çavuşoğlu gələn ay Azərbaycana gələcək.

Diplomatik mənbələrdən APA-ya məlum olub ki, o, aprelin 5-6-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının nazirlər konfransına qatılacaq.

Qeyd edək ki, Türkiyə Qoşulmama Hərəkatının üzvü deyil.