Dünya 17:49 09.09.2017

Myanma prezidenti Nobel mükafatından məhrum ediləcək?

Nobel komitəsi Nobel Sülh Mükafatının sahibi Myanma prezidenti Aung San Suu Çiinin mükafatının geri alınmayacağını açıqlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, komitənin sözçüsü Olav Njolstad açıqlama verərək "1991-ci ildə Aung Sana verilən mükafatın geri alınması mümkün deyil. Komitə mükafatlandıracağı şəxsləri o dövrə qədərki fəaliyyətlərinə əsasən müəyyənləşdirir, sonrakı fəaliyyətləri ilə bağlı mövqe nümayiş etdirə bilməz" deyib.

Qeyd edək ki, Myanma hökümətinin terrorçu qruplara qarşı başladığı hərbi əməliyyatlarda çox sayda sivil qətlə yetirilib. Hökümətin hadisələrə müdaxilə etməməsi Myanma prezidentinə qarşı etirazlara, hətta Nobel Sülh Mükafatının geri alınması tələbinə səbəb olub. Bunun üçün təşkil edilən imza kampaniyasında 300 mindən çox şəxs iştirak edib.

Gülşən

Qaynarinfo.Az