Dünya 18:48 28.03.2018

Myanmanın yeni lideri bəlli oldu

Myanmanın yeni dövlət başçısı seçilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu vəzifəyə Vin Maynt təyin edilib. O, Myanma parlamentinin hər iki qanadının ortaq iştirakı ilə keçirilən və 3 namizədin mübarizə apardığı seçkidə 403 səslə dövlət başçısı vəzifəsinə seçilib.

Ordunun namizədi Maynt Sue 211, keçmiş prezidentin köməkçisi Henri Van Tio isə 18 səs toplayıb.

Qeyd edək ki, keçmiş prezident Htin Kyau ötən həftə sağlamlığında problem yarandığını əsas gətirərək vəzifəsindən getmiş, Vin Maynt da sabiq prezidentin hakimiyyətdən getməsindən sonra parlament sədrliyindən istefa vermişdi. Parlamentin sədri vəzifəsinə Şan əyalətində narkotik ticarəti ilə məşğul olduğu iddia edilən Tin Xun Myat gətirilib.