Ölkə 19:43 17.06.2021

Nabran yaxınlığında baş vermiş yanğını söndürmək üçün helikopter cəlb olundu

Xaçmaz rayonunda yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rayonun Nabran və Niyazoba qəsəbələri yaxınlığındakı quru ot, kol-kol və biçilmiş taxıl sahələrində yanğın baş verib. 

Yanğının söndürülməsini sürətləndirilmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.