Maqazin 23:42 06.02.2020

Nadir Qafarzadə itirdiyi qızından danışdı

"Həmişə istəmişəm, qızım olsun. Ancaq el qınağından qorxmuşam.”

Qaynarinfo xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə ATV-də yayımlanan "7 axşam” şousunda deyib.

Şəxsi həyatı ilə bağlı verilişdə etiraflar edən sənətçi, hətta illər öncə körpələr evindən övladlığa qız övladı götürmək istədiyini dilə gətirib. Lakin müəyyən vaxt keçəndən sonra o bu istəyindən vaz keçib. Bu mövzuda N.Qafarzadə fikirlərini belə davam etdirib:

"Deyəcəklər ki, "baba olacaq yaşda ata oldu”. Biz həmişə "camaat nə deyər” düşüncəsi ilə yaşamışıq. Əslində mənim qızım dünyaya gəlmişdi. Küvezdə olduğu zaman dünyasını dəyişdi. Çox qəribə hisslər idi. Onunla bərabər sanki çox şeylər itirdim. O zamandan bəri bu arzum ürəyimdə qalıb”.

Qeyd edək ki, müğənni Nadir Qafarzadə Sevinc adlı xanımla ailəlidir. Onun bu nikahdan iki oğlan övladı var. (oxu.az )