İdman 15:59 29.11.2022

Nadir Qasımov yenidən əməliyyat olundu

Azərbaycanın tanınmış müəxəssilərindən olan Nadir Qasımov əməliyyat olunub. 

Bu barədə Qaynarinfo-ya Qasımov özü açıqlama verib. Bir müddət öncə ürəyinə stend qoyulan məşqçi bu dəfə böyrəklərindən əməliyyat olunub. Qasımov açıqlamasında problemin aradan qalxmayacağı təqdirdə yenidən əməliyyat masasına uzana biləcəyini deyib:

"Yenidən əməliyyat olunmuşam. Böyrəklərimdə daş var idi. Sol tərəfi əməliyyat etdilər. İki aydan sonra sağ böyrəklərimdən əməliyyat olunacam. Xəstəxanadan çıxmışam. Müraciət etdiyim həkim Almaniyadan gəlmişdi. Müəyyən dərmanlar yazıb. Onları qəbul edirəm. Daşlar əriməsə yenidən əməliyyat edəcəklər. 

Səhhətinə rəğmən dünya çempionatını izlədiyini bildirən Qasımov ürəyinə görə davamlı hərəkət edə bilmədiyini də söyləyir:

"Evdə otaq hazırlayıblar. Bütün günü oturub televizora baxıram. Evin içində hərəkət edirəm, amma bu, azdır. Mən əslində, gündə ən azı 3-4 kilometr gəzməliyəm. Bilirsiniz ki, ürəyimdən də əməliyyat olunmuşdum. Ürəyimə stend qoymuşdular deyə gəzə bilmirəm. Bir sözlə aləm qarışıb bir-birinə”.

O, əməliyyat xərclərini özlərinin ödədiyini də bildirir:

"Badamdardakı xəstəxanada əməliyyat olundum. Çox gözəl yerdir. Əməliyyat xərclərini özümüz ödəyirik. Penisiya ilə dolanan adamam. Bununla hara getmək olar? AFFA-ya müraciət? Bir dəfə ürəyimə görə müraciət etdim, sağ olsunlar, 500 manat verdilər. Bu da iki aylıq dərmanpuludur”.

Səbuhi Həsənov