Ölkə 22:00 04.08.2018

Nağılbazın ölümünün bəzi təfərrüatları açıqlandı: Təcili yardım maşınında keçinib

Azərbaycanda hip-hop musiqi janrının rep növünün banisi olan Anar Nağılbazın vəfatının bəzi təfərrüatları açıqlanıb.

Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, hazırda repçinin evində olan telejurnalist İradə İsakın sözlərinə görə, Anar bu gün evə gəldikdən sonra halı pisləşib.
 
Repçinin atası Rizvan Cəbiyev bildirib ki, o, yıxılıb, dili qatlanıb. Təcili yardım çağırıblar. Xəstəxanaya aparılanda isə yolda keçinib.