İdman 23:11 05.12.2021

Namik Ələskərov "Bursaspor"da növbəti qolunu vurdu (VİDEO)

Azərbaycan milli komandasının futbolçusu Namik Ələskərov "Bursaspor"un heyətində Türkiyə I Liqasında növbəti qolunu vurub.

Qaynarinfo-nun məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi XV turun "Denizlispor"la səfər oyununda fərqlənib. Meydana start heyətində çıxan Ələskərov 40-cı dəqiqədə baxımlı qola imza atıb. O, 88-ci dəqiqədə əvəzlənib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1.

Bu nəticədən sonra xalını 17-yə çatdıran "Bursaspor" 13-cü pilləyə yüksəlib. "Denizlispor" isə 15 xalla 16-cıdır.