Dünya 14:45 06.11.2013

Napoleonun vəsiyyətnaməsi hərraca çıxarılır

Vəsiyyətnamənin surəti 120 min avroya satıla bilər

Fransanın paytaxtı Parisdə Napoleon Bonapartın vəsiyyətnaməsinin yeganə surəti hərraca çıxarılacaq. Bu vəsiyyətanməni Fransa imperatoru 1821-ci il aprelin 16-da, ölümündən 19 gün əvvəl yazıb.

Napoleon vəsiyyətnamədə ölümündən sonra külünün Sena çayına səpilməsini vəsiyyət edib. Sənədin əsli isə Fransa milli arxivində saxlanılır. Vəsiyyətnamənin hərracda 120 min avroya satılacağı proqnozlaşdırılır.

Napoleonun vəsiyyətnaməsi ilə bağlı nəzərəçarpan hal odur ki, tarixçilərin məlumatına görə, onun vəsiyyətinə əməl olunmayıb. Napoleonun ölümündən sonra ölkənin yeni hakimiyyəti imperatorun qalıqlarının Fransaya gətirilməsinə qarşı çıxıb.

Yalnız ölümündən 19 il sonra Fransaya gətirilən Napoleon Bonapartın qalıqları 1840-cı ildə Parisdə dəfn olunub.

Qaynar.info