Video 17:00 15.07.2020

Narazı Belarus restorator Lukaşenkonu rinqə çağırdı və vaxt verdi (VİDEO)

Minskdəki müəssisələrini Sinqapura köçmək üçün satmış belarusiyalı restoran sahibi Vadim Prokopyev prezident Aleksandr Lukaşenkodan ictimaiyyət qarşısında üzr istəməsini tələb edən video paylaşıb. 

Qaynarinfo xəbər verir ki, buna səbəb kimi Prokopyevin may ayında sənayenin problemlərinə diqqət çəkərək birlikdə həll etməyi təklif etdiyi restoran sahiblərinə müraciətinə cavab olaraq Lukaşenkonun onu təhqir etməsi göstərilib.

"Əgər siz, Aleksandr Lukaşenko, üzr istəməməyi üstün tutursunuzsa, onda sizi köhnə sınanılmış yolla üç raund, hər biri üç dəqiqəlik rinqdə çağırırıam”, - Prokopyev deyib və bu videonu bir çox media orqanlarına, həmçinin prezidentin mətbuat katibinə göndərib.

"Duelçi" bunun üçün Belarusiyaya xüsusi olaraq gəlməyə və eyni zamanda Belarus iqtisadiyyatının vəziyyətini və gələcəyini müzakirə etməyə hazır olduğunu qeyd edib.

Bir gecədə videoya 36 mindən çox insan baxıb.
 
Alpər