Foto 10:56 15.10.2020

NASA 23 milyon dollarlıq tualet hazırladı (FOTO)

NASA mühəndisləri 23 milyon dollara başa gələn müasir kosmik tualet yaradıblar.


QaynarinfoAlmaniyanın "Stern” jurnalına istinadla xəbər verir ki, hər iki cinsin astronavtları üçün rahat bir tualet yaratmaq işi altı il çəkib.

 

Mexanizmə əsasən sidik "tozsoran” xortumu ilə yığılır və bu da aşağı təzyiq yaradır, maye isə təkrar emalla suya çevrilir. "Böyük ehtiyaclar” üçünsə çəndən istifadə olunur. Tullantılar sorularaq sıxılır, sonda qablaşdırılır. Torbalar qalan zibillərlə birlikdə xarici məkanda atılır.


Yeni tualetin rahat oturacaqla təchiz olunduğu və kosmik gəminin çəkisizlik şəraitində çirklənmənin qarşısını aldığı qeyd olunur. Bundan əlavə, mühəndislər ilk dəfə qadınlar haqqında düşünüblər. Onlar qadın anatomiyasını nəzərə alıb manqucun quruluşunu dəyişdiriblər.


İlk dəfə bu tualeti ABŞ-dan olan astronavt Kris Kessidi və ISS-də olan rus kosmonavtlar İvan Vaqner və Anatoli İvanişin sınayaqdan keçirəcəklər.

 

Alpər