Ölkə 16:53 11.03.2020

Natəvanın vandalizmə məruz qalmış abidəsi bərpa edilir (RƏSMİ)

"Belçikanın Vaterlo şəhərində ucaldılmış ölkəmizin görkəmli şairi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın vandalizmə məruz qalmış abidəsi bərpa olunur”. 

Qaynarinfo xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın Belçikanın Vaterlo şəhərində Heydər Əliyev Fondunun himayəsi altında 2016-cı ildə ucaldılmış abidəsinə qarşı vandalizm aktı törədilib, abidənin üzərinə boya tökülüb və heykəlin bəzi hissələri dağıdılıb:

"Məsələ ilə bağlı Vaterlo polisi tərəfindən cinayət işi açılıb və araşdırma aparılır. Abidənin üzərinə tökülmüş boya artıq təmizlənib və onun bərpası işlərinə başlanılıb. Səfirliyimiz bu məsələni nəzarət altında saxlayır”.