Böyük Britaniyanın baş naziri Boris Conson, ABŞ prezidenti Co Bayden və digər Avropa ölkələrinin liderləri Ukrayna ətrafında vəziyyətin inkişafını müzakirə ediblər.
Qaynarinfo bu barədə The Independent-ə istinadla xəbər verir.
Bildirilir ki, siyasətçilər iqtisadi xərclər tətbiq etməklə və NATO-nun şərq cinahının müdafiəsini gücləndirməklə Rusiyanın təcavüzünün qarşısını almaq imkanlarını müzakirə ediblər.
"Siyasətçilər razılaşıblar ki, əgər Rusiyanın Ukraynaya müdaxiləsi olarsa, onlar cəzalandırıcı reaksiya göstərməli və "görünməmiş sanksiyalar paketi” tətbiq etməlidirlər”, - nəşr qeyd edir.
Britaniya baş nazirinin mətbuat xidməti əlavə edib ki, prioritet Rusiya ilə diplomatik danışıqların aparılmasıdır, lakin Ukraynaya hücum olacağı təqdirdə dərhal cavab tədbirləri görüləcək.
Alpər
Şərhlər