Dünya 23:07 15.08.2018

NATO Rusiya qırıcı təyyarəsini ələ keçirdi

NATO Rusiya qırıcı təyyarəsini ələ keçirib. Modern.az  "RİA Novosti”yə istinadən xəbər verir ki, Böyük Britaniyanın Kral Hərbi-hava qüvvələri Qara dəniz üzərində NATO-nun hava məkanına daxil olan Rusiyaya məxsus "Su-24” qırıcılarının "Eurofighter Typhoons” tərəfindən ələ keçirilməsi ilə bağlı məlumat yayıb.

Məlumata görə, Rusiyanın 6 qırıcısı NATO-nun hava məkanına daxil olarkən qırıcıların Rumıniyanın aviabazasından havaya qaldırıldığı qeyd olunub.

Hələlik Rusiya tərəfi məsələyə münasibət bildirməyib.