Siyasət 13:25 03.12.2020

NATO: Rusiya qonşu post-sovet ölkələrin təhlükəsizliyini təhdid edir

Rusiya Ukrayna və Gürcüstanda "qorxulu hərbi əməliyyatlar aparır" və "təcavüzə davam edir.

Qaynarinfo xəbər verir ki, bu açıqlama ilə NATO çıxış edib. Akyansın fikrincə, Rusiya Federasiyasının təşkilata üzv ölkələrin yaxınlığındakı fəaliyyəti onların təhlükəsizliyini təhdid edir. Eyni zamanda, Brüsselə görə, Moskva keçmiş Sovet respublikaları üzərində hegemonluq axtarır və onların suverenliyini pozur.

Eyni zamanda, NATO-nun fəaliyyəti Rusiya ilə dialoqa yönəldilib. Hesabatda deyilir ki, Alyans danışıqlara açıq qalmalı və Moskvanı öz davranışında konstruktiv dəyişiklik aparmağa təşviq etməlidir.

Daha əvvəl NATO Baş katibi Yens Stoltenberq Rusiya Federasiyasının Dağlıq Qarabağ və Belarus hadisələri fonunda hərbi potensialını gücləndirdiyini bildirib. Ayrıca vurğulanıb ki, ölkə xüsusilə nüvə arsenalını modernləşdirir və Krımdakı hərbi varlığını artırır.
 
Alpər