Dünya 13:45 06.07.2020

Navalnı tərəfdarları pandemiyada ABŞ-a qaçan Malışevanı “iynələdilər” (FOTO)

Aleksey Navalnının tərəfdarları ölkədə koronavirusla bağlı olduqca əlverişsiz vəziyyətə baxmayaraq, ABŞ-a getməyə qərar verən teleaparıcı Yelena Malışevaya olduqca sərt zarafat ediblər.

Qaynarinfo xəbər verir ki, Aleksey Navalnı müxalifətin tərəfdarı, Korrupsiyaya Qarşı Mübarizə Fondunun əməkdaşı Georgi Alburov öz "Twitter" mikrobloqunda ABŞ-a koronavirus pandemiyasının ən qatı vaxtı gedən həkim və teleaparıcı Yelena Malışevanı tənqid edib.

Alburov Malışevanın Moskvadan Nyu Yorka gedən bir təyyarənin salonunda sərnişinlərdən birinin çəkdiyi şəklini şərh edərkən sərt şəkildə tənqid edib.

"Anapada tətiliniz necə keçir? Əfsuslar olsun ki, hamı bu qədər şanslı deyil... Məsələn, Yelena Malışeva koronavirusun episentrində onunla mübarizə aparmaq üçün ABŞ-a qaçdı... Ümid edirəm ki, qayıdanda iki həftə ərzində karantin rejimində olmağı unutmayacaq", - Alburov yazıb.
 


Alpər