Dünya 17:52 22.02.2021

Navalnının adamı homoseksualizmin təbliğində günahlandırıldı

Aleksey Navalnının Krasnodar qərargahının koordinatoru Anastasiya Pançenkoya qarşı inzibati xəta haqqında protokol tərtib edilib.

Qaynarinfo xəbər verir ki, bu haqda Zona.media-nın məlumatında deyilir.

Xəbərə görə, Polis 14 Fevral mitinqində Navalnını dəstəkləmək üçün Pançenkonun İnstagram hesabında yayımlanan iki tarixçəyəyə diqqət çəkib. Birincisi, iki öpüşən oğlan, ikincisi - iki öpüşən qız və aksiya adından "Sevgi qorxudan daha güclüdür" yazılmış plakat tutan başqa bir fəal.

Polis zabitləri "eyni cinsdən olan şəxslərin dodaqlarının bir-birinə toxunması”nın qeyri-ənənəvi cinsi münasibətlər üçün təbliğat olduğunu bildiriblər.
Bu maddəyə əsasən, Pançenkonu 50-100 min rubl arası cərimə gözləyir.
 
Alpər