Ekonomiks 10:25 10.07.2020

Naxçıvan-Bakı reyslərinə bilet almaq istəyənlərin nəzərinə

Bakıdan Naxçıvana və əks istiqamətdə getmək istəyənlərin qeydiyyatının ikinci mərhələsinə start verilib.

Qaynarinfo xəbər verir ki, artıq Naxçıvan qeydiyyatı olub, Bakıda iş yerindən arayış gətirənlər və ya Bakı qeydiyyatı olub, Naxçıvanda işləməsi ilə bağlı arayış təqdim edənlərin bilet satışı üçün qeydiyyata alınmasına başlanılıb.

Qeyd edək ki, Bakı-Naxçıvan-Bakı istiqamətində reyslər iyunun 18-dən həftədə 1 dəfə olmaqla bərpa edilib. 

İlkin mərhələdə yalnız müvafiq yaşayış yeri qeydiyyatına uyğun olaraq bilet satışı həyata keçirilib.
 
Camal