Türkiyə Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Muxtar Respublikasında istehsal edilən və ya istehsal potensialı olan 43 adda məhsulun (13 kənd təsərrüfatı, 30 sənaye məhsulu) Türkiyənin bütün ərazisinə idxal rüsumu ödəmədən, güzəştli şərtlərlə daxil olmasına razılıq verilib.
"Qaynarinfo"nun verdiyi xəbərə görə, bu barədə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci İğdır şəhərində keçirilən Türkiyə-Azərbaycan biznes forumunda məlumat verib.
Qərara əsasən, Naxçıvan Muxtar Respublikasında istehsal olunan illik təqribən 100 milyon ABŞ dolları məbləğində məhsullar Türkiyəyə rüsum ödəmədən ixrac ediləcək.
Qaynarinfo.Az
Şərhlər