"Naxçıvan Məhsulları" publik hüquqi şəxsi yaradıldı

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov "Naxçıvan Məhsulları” publik hüquqi şəxsin yaradılması və muxtar respublikada ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı işinin tənzimlənməsi haqqında” sərəncam imzalayıb.

Qaynarinfo-nun məlumatına görə, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində olan "Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında "Naxçıvan Məhsulları” publik hüquqi şəxs yaradılıb.

Naxçıvan MR Nazirlər Kabinetinə publik hüquqi şəxsin nizamnaməsini, işçilərinin say həddini və strukturunu təsdiqləmək, sərəncamdan irəli gələn digər  məsələləri həll etmək tapşırılıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR