Xəbər lenti

Naxçıvan TV-nin daha bir sədr müavini işdən çıxarıldı
Ölkə 13:27 23.07.2026

Naxçıvan TV-nin daha bir sədr müavini işdən çıxarıldı

"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İlhamə Novruzova vəzifəsindən azad edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov 23 iyul tarixində sərəncam imzalayıb.

Sərəncama əsasən, İlhamə Tofiq qızı Novruzova "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, iyulun 22-dıə Naxçıvan TV-nin İdarə Heyəti sədrinin müavini Xaliq Babayev də vəzifəsindən azad edilib. Digər bir sərəncamla Vüsal Muradov Naxçıvan TV-nin sədr müavini təyin olunub. QSC-nin İdarə Heyətinə sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Vüsal Muradova həvalə olunub.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->