Ölkə 14:20 10.05.2021

Naxçıvanda yeni aerodromun açılması Azərbaycan üçün nə deməkdir? - Hərbi ekspert

"Bu aerodromun açılması Naxçıvanda yerləşən silahlı birləşmələrimizin döyüş imkanlarının daha da artırılmasına, həmçinin Azərbaycan Hərbi Hava Qüvvələrinin fəaliyyət radiusunun daha da genişlənməsinə imkan yaradacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun prespektivindən danışarkən deyib. Onun fikrincə, Azərbaycan üçün önəmli tarixlərdən biri olan bu gün - Heydər Əliyevin anadan olmasının 98-ci il dönümündə məhz onun vətəni olan Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışı heç də təsadüf hesab edilə bilməz:
 
 

"Azərbaycan silahlı qüvvələrinin maddi-texniki təchizatının yenilənməsi proqarmı  artıq 20 ilə yaxındır davam edir. Bu illər ərzində hərbi hava qüvvələrinin və onların fəaliyyətində əsas elementlərdən biri olan hərbi aerodromların modernləşdirilməsi və yenilənməsi prioritet sahələrdən sayılır".

Qeyd edək ki, Prezident, Ali Baş Komandan İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışını edib.

Bahar Rüstəmli