Ölkə 23:27 27.03.2018

Naxçıvanda yeni publik hüquqi şəxs yaradıldı

"Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradılıb.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əsasında "Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradılıb. 

"Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilib.