Ölkə 14:36 08.04.2020

Naxçıvandakı 150 tələbə Bakıya gətirildi

"Türkiyədən Naxçıvana keçən Duzdağda və kazarmalarda yerləşdirilən şəxslər bu gün Bakıya gətiriliblər. Bakıda onlara2 həftə də karantində qalacaqları deyilib, yəni Naxçıvandakı sayılmır".

Qaynarinfo xəbər verir ki, bunu tanınmış jurnalist Aygün Muradxanlı deyib. Onun sözlərinə görə,gətirilənlərin əksəriyyəti tələbələrdir. Jurnalist məsələnin təfərrüatlarını diqqətə çatdırıb:

"İlk gündən yazdıq ki, 150 nəfəri bir yerdə saxlayırlar, 100 nəfərə 1 tualet düşür, hamam yoxdur, karantin adı ilə saxlananlardan analiz götürülməyib, yalnız qızdırmaları ölçülür. Bakıdan Naxçıvana "göz ağardılandan” sonra suyu, yeməyi bol elədilər, 10 gündən sonra karantindəkiləri hamama apardılar. Dünən - 14 günün tamamında "hələ burda 25-nə qədər qalacaqsınız” deyiləndən sonra etirazlar başlanıb. Boş yerə saxlananlar deyiblər ki, karantində deyiliksə, niyə həkim müayinəsindən başqa karantinin bütün şərtləri bizə aid edilir? Səs-küydən sonra "sabah 9-da hava limanındasız” cavabı alınıb. Bu gün səhər 7-dən qrupları Naxçıvan hava limanına, ordan da Bakıya gətiriblər. Sonrakı marşrut hara olacaq bilinmir".