Video 14:18 23.04.2019

Nazarbayev partiyasının qurultayında ağladı (VİDEO)

Qazaxıstanın sabiq prezidenti, "Nur Otan" Partiyasının sədri Nursultan Nazarbayev partiya qurultayında göz yaşlarını saxlaya bilməyib.

Qaynarinfo xəbər verir ki, 30 il Qazaxıstana rəhbərlik etmiş Nazarbayev 3 ildir istefaya hazırlaşdığını dilə gətirib və prezident vəzifəsini müvəqqəti icra edən Qasım Cömərd Tokayevin bu posta namizədliyini irəli sürüb. O, açıqlaması zamanı kövrəlib, hətta "Mənim ölkəm" mahnısı səslənən zaman göz yaşlarını saxlaya bilməyib.
 
Qeyd edək ki, Nursultan Nazarbayev 19 martda istefa verib.

Gülşən