Siyasət 22:26 24.05.2019

Nazarbayev Türk Şurasının Fəxri prezidenti oldu

Qazaxıstan xalqının lideri Nursultan Nazarbayev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Qaynarinfo xəbər verir ki, görüş zamanı türk dünyasının inkişafında xüsusi xidmətlərinə görə Nursultan Nazarbayevə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fəxri prezidenti statusu verilib. 

Nazarbayev türk xalqları arasında əlaqələri inkişaf etdirmək üçün bundan sonra da lazımi dəstək verəcəyini vurğulayıb. (unikal.org)