Dünya 11:06 13.01.2022

Nazarbayevin qızı atasına verdiyi dəstəyə görə qazax xalqına təşəkkür etdi

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyə respublikada baş verən hadisələrdən çox narahat olduğunu bildirib və atasına göstərdiyi dəstəyə görə Qazaxıstan xalqına minnətdarlığını bildirib.

Qaynarinfo xəbər verir ki, o, bu haqda Facebook hesabında yazıb.
 
"Ölkəmizdə baş verən faciəli hadisələri ürək ağrısı ilə yaşayıram”.
 
Onun sözlərinə görə, ölənlərin acısını və təəssüfünü ifadə etməyə söz tapmır. Aliyə bütün həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verdiyini bildirib.

O, ümid edir ki, bu qəddar dərs Qazaxıstan tarixində hamı üçün sonuncu olacaq. Keçmiş dövlət başçısının qızı qeyd edib ki, insanların sülh dövründə ölməsi düzgün deyil. Aliyə Nazarbayeva atasına göstərdiyi mənəvi dəstəyə görə abunəçilərə təşəkkür edib: "O, bu günlərdə müxtəlif regionların sakinlərindən çoxlu mesajlar alır”.

Xatırladaq ki, Nazarbayevin kiçik qızının 41 yaşı var, o, biznes, ictimai fəaliyyət, xeyriyyəçilik və film istehsalı ilə məşğuldur. 
 
Alpər