Mədəniyyət və Turizm Nazirliyinin daha 5 Regional Mədəniyyət və Turizm İdarəsinə rəis təyin olunub.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Qaynarinfo.Az-a verilən məlumatda bildirilib ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə əsasən Tahir Əliyev Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin, Əhməd Ramazanov Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin, Elçin Hüseynov Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin, Lətifə Mövsümova Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin, Vüsal Nəsirli Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin ediliblər.
Qaynarinfo.Az
Şərhlər