Ölkə 17:33 17.09.2020

Nazir müavini: “Fəxri adların verilməsində sui-istifadə halları olub”

"Fəxri adlar və təqaüdlərin verilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə müraciətlər daxil olur”.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

Onun sözlərinə görə, bu sahədə qayda-qanun yaradılmalıdır:

"Etiraf etmək lazımdır ki, bu sahədə müəyyən sui-istifadə halları olub. Bu sahənin tənzimlənməsi üçün müəyyən hüquqi mexanizmlər hazırlanmalıdır. Mədəniyyət sahəsində xidmətləri olan şəxslər mükafatlandırılmalıdır”.